MƏKTƏBLƏR
25 Dekabr 2023 / 17:19

Azərbaycanda bir neçə məktəb birləşdirilir, bəziləri ləğv edilir

2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub.

EduTime.az xəbər verir ki, bunu APA-ya açıqlamasınsa Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur:

"Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu,xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".