MƏKTƏBLƏR
08 Dekabr 2023 / 18:01

Mehriban Vəliyeva 7 nömrəli məktəbin şagirdi ilə görüşdü, məktəb haqda xoş sözlər dedi 

"Müntəzəm olaraq məktəblərdə olur, müəllim və şagirdlərlə görüşürük. Məktəbə budəfəki gəlişimin səbəbi isə Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdi Aymar Babayevin təşəbbüsü ilə onunla görüşmək idi. Aymarla görüş olduqca xoş təəssüratlar yaratdı. Onu dinlədikcə yetişməkdə olan gəncliyin parlaq sabahına olan inamım daha da artdı".
 

Edutime.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva sosial şəbəkə hesabında yazıb.

O  7 nömrəli məktəbin şagirdi Aymar haqda daha sonra qeyd edib: 

"Aymar Babayev 9-cu sinifdə oxuyur. BMT-nin gənc xoşməramlı səfiri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Məktəblilərin Ekoloji Şurasının fəalı, fortepiano üzrə Beynəlxalq müsabiqələr laureatıdır. Aymar doğma Azərbaycan dili də daxil olmaqla 6 dildə gözəl danışır. Qatıldığı beynəlxaq müsabiqə və festivallarda qazandığı uğurlar onun işıqlı gələcəyindən, Vətəninə və xalqına layiq şəxsiyyət, gözəl mütəxəssis olacağından xəbər verir.
Yolun açıq olsun, Aymar".
 

Mehriban Vəliyeva daha sonra məktəbdə yaradılan guşə haqda da paylaşım edib: "Aymarla görüş öz yerində, şagirdlərin belə yaradıcı təşəbbüsü isə bir başqa xoş təəssürat yaradır".
 

Bakı şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov da guşə ilə bağlı paylaşım edib: Məktəblilərdən maraqlı yaradıcı təşəbbüs. Bakı şəhəri 7 nömrəli tam orta məktəbin pilləkən qəfəsindəki bu guşə şagirdlərin təşəbbüsü ilə yaradılıb. Şagirdlər guşənin yaradılmasında əsasən tullantılardan istifadə ediblər.