XARİCDƏ TƏHSİL
18 Sentyabr 2023 / 17:00

Azərbaycanlı müəllimlər İstanbul Qalata Universitetində olub

“Edu Time” Təhsil və İnkişaf Mərkəzi və “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Azərbaycan – Türkiyə Təhsil İşçilərinin Peşə – Təcrübə Proqramı baş tutub.

22-27 avqust tarixlərində keçirilən proqramda azərbaycanlı müəllimlər Türkiyənin nüfuzlu univesitetlərindən olan İstanbul Qalata Universitetini ziyarət ediblər.

İstanbul Qalata Universitetinin prorektoru Seda Bektaş Azərbaycandan gələn heyətə təhsil ocağındakı şərait və müasir texnologiyalar barədə ətraflı məlumat verib.

Daha sonra azərbaycanlı müəllimlərə universitetin dosenti Ulaş Başar Gezgin tərəfindən “Təhsil psixologiyası” mövzusunda təlim keçirilib. Təlim iştirakçıları sertifikatla təltif edilib.
Eyni zamanda azərbaycanlı müəllimlər ölkəmizdə həyata keçirilən təhsil islahatları haqda türkiyəli həmkarlarına məlumat veriblər.

Azərbaycandan gələn nümayəndə heyətdə universitetdə tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olublar.