ELM VƏ TƏHSİL
08 Dekabr 2023 / 17:33

Səbuhi Rzayevə yeni vəzifə verildi

Səbuhi Rzayev Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri təyin edilib.

EduTime.az xəbər vetir ki, Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişikliyi baş verib.

Aparılan islahatların fonunda nazirliyin aparatında şöbə və sektorlar yenidən adlandırılıb və vəzifə dəyişiklikləri həyata keçirilib.

Yeni yaradılan İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev təyin edilib.

1988-ci il təvəllüdlü Səbuhi Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr və "2007-2015 Xaricdə Təhsil Dövlət Proqramı" çərçivəsində magistratura səviyyəsi üzrə Böyük Britaniyanın York Universitetində dövlət idarəetməsi və ictimai siyasət ixtisasında təhsil alıb.

O, bu təyinata qədər nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini vəzifəsində çalışıb.